Türk dünyasının mediakörpüsü olan MEDİATÜRK TV 1 yaşını qeyd edir.
AzEdu.az xəbər verir ki, ötən il tarixi gündə - 28 Mayda fəaliyyətə başlayan internet televiziyası qısa müddət ərzində böyük uğurlara imza atıb, geniş izləyici auditoriyası toplaya bilib.
Türklərin yaşadığı geniş məkana xitab edən MEDİATÜRK TV müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı, türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada ictimai-siyasi, sosial-iqtisadi, mədəni sferalarda verilişlər yayımlayır.
Kanal ötən 1 il ərzində türkdilli xalqların əlaqələrinin gücləndirilməsi üçün platforma rolunu oynayıb.
Biz də Modern.az komandası adından MEDIATURK TV-ni ilk yaşı münasibətilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!