4 may tarixində Goranboy rayon Səmədabad kənd tam orta məktəbində şəhid xanım Arəstə Baxışovanın doğum günü böyük ehtiramla yad edilib.
AzEdu.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Ələşrəf Bağırov, qazilər Elşən Cabbarov, Bağırov Möhvsüm və digər şəxslər çıxış edərək müharibənin çətinlik və şəhidlərin igidliyindən danışıblar. Sonra Arəstə xanımın adına birincilərin çıxışları dinlənilib. Həmçinin, Vətən Müharibəsi iştirakçılarına aid hazırlanan albom qonaqlara təqdim edilib.Tədbirin sonunda şəhidlərdən bəhs edən video nümaiş etdirilib.
Qeyd edək ki, yeganə şəhid xanım Arəstə Baxışova 23 oktyabr 2020-ci ildə Qubadlı rayonunda hərbi feldşer vəzifəsini yerinə yetirərkən şəhid olub.