Universitetdə elmi təcrübə zamanı partlayış olub. AzEdu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Braziliyanın Rio-de-Janeyro şəhərində baş verib.
Hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlardan biri tələbə, ikisi texnikdir.
Hadisə Metallurgiya kafedrasının laboratoriyasında baş verib. Universitetə yanğınsöndürənlər və təcili yardım cəlb olunub.