“Şiddət olayları baş verən tədris müəssisələrində kollektivin rolu yüksəkdir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Neftçala rayon Şirvanlı kənd tam orta məktəbinin psixoloqu Elmir Tağıyev deyib.
Belə ki, bir neçə ay öncə məktəblərdə baş verən xoşagəlməz və şiddət əsaslı hadisələr daha çox məktəb psixoloqları ilə əlaqələndirilmişdi.
Belə olduqda bir sıra şəxslər psixoloqların məktəbə qəbulunun imtahan vasitəsi ilə həyata keçirilməsini irəli sürüblər.
Elmir Tağıyev məsələ ilə bağlı fikirlərini bildirib:
“Hazırda psixoloqların işə qəbul imtahanlarının keçirilməsinə ehtiyac var. Məktəblərdə səriştəsiz psixoloqların sayı hədsiz dərəcədədir. Bu proses imtahan və akreditasiya şəklində tənzimlənə bilər. Bu, olarsa, həm yaxşı psixoloq ortaya çıxar, həm də o, digər müəllimlərdən fərqlənər”.
O, kollektivin rolunu xüsusi olaraq vurğulayıb:
“Məktəblərdə baş verən şiddət olaylarını tam şəkildə psixoloqlarla əlaqələndirmək mümkün olmasa da, onların bu məsələdə rolu böyükdür. Müəllimlərin də belə proseslərdə rolu az deyil. Lakin şiddət olayları hər məktəbdə yaşanmır. Belə hallar baş verən tədris müəssisələrində isə kollektivin rolu yüksəkdir. Psixoloq da bu işlərdə tənzimləyici mövqedə olmalıdır.
3 aylıq kurs bitirərək psixoloq kimi fəaliyyət göstərən müəllimlərə münasibətim olduqca psidir. Universitetlərdə məktəblərdə sosial-psixoloji xidmət üzrə təhsil alanlar təhsil müəssisələrində fəaliyyət göstərməlidir. 3 ay kurs keçməklə bu biliklərə yiyələnmək olmur. Bu qədər elmi 3 aya mənimsəmək mümkün deyil”.