Azedu.az

DİM sualların çətinlik dərəcəsi ilə bağlı ETİRAZLARA münasibət bildirib

Maraqlı

10 Mart 2022, 12:24
DİM sualların çətinlik dərəcəsi ilə bağlı ETİRAZLARA münasibət bildirib

 

 

 

DİM-in test bankında test tapşırıqları çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, hər bir testə daxil edilən tapşırıqların çətinlik dərəcələri üzrə paylanması eyni olur.

 

Xatırladaq ki, mtahanda müxtəlif test variantları hər il tətbiq olunur və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılır və digər məlumatlarla birlikdə illik hesabatın tərkibində ictimaiyyətin diqqətinə çatdırılır. Uzun illər aparılan təhlillər eyni imtahan üzrə müxtəlif test variantları arasında korrelyasiya əmsalının 0,8-0,9 aralığında olduğunu göstərir ki, bu da yüksək səviyyədə uyğunluq deməkdir.

 

Beləliklə, müxtəlif test variantlarının çətinlik dərəcəsi arasında ehtimali fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox