Qarşıda olan aylar ərzində Regional Təhsil İdarələri təşkil olunacaq.
AzEdu.az xəbər verir ki,bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı "ilə bağlı brifinqində deyib.
Bu istiqamətdə əsas fəaliyyətimizdən biri məktəbəqədər təhsil müəssisələrinin həmin idarələrlə vəhdətini təmin etmək olacaq. Hazırda şagird qəbulu prosesi davam edir. Eyni zamanda məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin işə qəbulunu bu il müəyyən olunan çərçivədə aparmağı düşünürük. Necə ki,ibtidai sinif müəllimləri prosesdən keçərək işlə təmin olunur,məktəbəqədər təhsil müəssisələri üçün də müəllimlər müvafiq prosesdən keçəcək"