Azedu.az

Tanınmada edilən dəyişiklik insanlara daha azad seçim imkanı verəcək-Ekspert 

18 Noyabr 2021, 10:50
Tanınmada edilən dəyişiklik insanlara daha azad seçim imkanı verəcək-Ekspert 

Xarici təhsil sənədlərinin tanınmasında mühüm dəyişiklik edilib.

 

Belə ki, tanınma zamanı şəxsin bakalavriat səviyyəsində əldə etdiyi ixtisasla magistraturada yiyələndiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.

 

Bəs bu nə dəyişiklik nə dərəcədə vacibdir və xaricdə təhsilə marağa necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, “Beynəlxalq iqtisadiyyat” kafedrasının baş müəllimi Xətai Alıyev AzEdu.az-a açıqlamasında  bu dəyişikliyi yüksək qiymətləndirib:

 

Bu fantastik bir dəyişiklikdir. Hətta bu problemi yaşayan bakalavriat üzrə jurnalistika,magistratura üzrə iqtisadiyyat ixtisasının bir məzunu vardı. 3 il ərzində məhkəmələrdə mübarizə apardı və nəticədə Ali Məhkəmədə qalib gələкək diplomunu təsdiqlətdirə bildi. O baxımdan bu çox vacib bir nüansdır. Sadəcə xaricdə təhsilə marağı artırmayacaq, həm də insanlara daha azad seçim, ixtisaslaşma imkanı verəcək. Çünki, müəyyən şəxs ola bilər bakalavriat üzrə başqa, magistratura üzrə isə artıq yetişkin bir insan kimi daha fərqli istiqamətə yönəlmək istəsin”.

 

Son olaraq o,-“Bu diplomların tanınması istiqamətində çox vacib bir məsələdir. Eyni zamanda Azərbaycanda da bu qapı açılmalıdır, heç bir problem olmamalıdır”- deyə bildirib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox