2022-2023-cü tədris ilində I qrupda İnformatika ixtisasını seçən abituriyentlər həmin fəndən imtahan verəcəklər.
AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, gələn həftə bu barədə rəsmi elan dərc ediləcək.
Belə ki, məsələ ilə bağlı müzakirələr aparılır. Növbəti tədris ilindən I qrupda informatika ixtisasını seçən abituriyentlər həmin qrupda kimyadan yox, informatika fənnindən imtahan verməsi təklif olunub.
Məsələyə bu gün saat 12:00-da Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə canlı yayımda aydınlıq gətirəcək.