Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif distan təhsilə keçib.
AzEdu.az xəbər verir ki, həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq.
Belə ki, bu sinifin şagirdi Kamil Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib. Oktyabrın 6-dan onun təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Koronavirusa yoluxan Kamil oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.