2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə namizədlərin elektron sənəd qəbuluna start verilib.
Bəs xaricdə doktortantura təhsili alacaq vətəndaşlar üçün hansı seçim meyarları əsas götürülür?
AzEdu.az bu meyarları təqdim edir:
• namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
• namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;
• namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hamısının) beynəlxalq reytinqlərin (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500 yerdən aşağı olmayan sırada yer alması:
• Azərbaycan Respublikası ali təhsil müəssisəsinin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra namizədin pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;
• namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi.
Qeyd edək ki, hazırda elektron sənəd qəbulu davam edir.