Azedu.az

Türkiyənin  8  universitetində  10  yeni fakultə  yaradıldı - Prezidentin QƏRARI  

Maraqlı

26 İyun 2021, 11:51
Türkiyənin  8  universitetində  10  yeni fakultə  yaradıldı - Prezidentin QƏRARI  

 

Türkiyə  Prezidentinin  qərarı  ilə  8  universitetdə 10  yeni  fakultə  yaradıldı. Eyni  zamanda  qərara  əsasən, 6  universitetin  nəzdindəki  4  kollec  və  5  fakultə  isə  ləğv  edildi.

 

AzEdu.az  xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan qərara görə  yeni  yaradılan fakultələr aşağıdakılardır:

 

1. Biləcik Şeyh Edebali Universitetinə bağlı  Stomatologiya Fakültəsi

2. Fənərbaxça Universitetinə bağlı Əczaçılıq Fakültəsi

3. Bayburt Universitetinə bağlı  İdman Elmləri Fakültəsi

4. Bingöl Universitetinə bağlı  İdman Elmləri Fakültəsi

5. İşıq Universitetinə bağlı Mühəndislik və Təbiət Elmləri Fakültəsi, İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər Fakültəsi

6. İstanbul Gelişim Universitetinə bağlı Tətbiqi Elmlər Fakültəsi

7. İstinye Universitetinə bağlı Mühəndislik və Təbii Elmlər Fakültəsi  ilə Humanitar və Sosial Elmlər Fakültəsi

8. Nevşehir Hacı Bektaş Vəli Universitetinə bağlı İdman Elmləri Fakültəsi quruldu.

 

 

 

Bağlanan  fakultə  və  kolleclər  isə  bunlardır:

 

1. Bayburt Universitetinə bağlı Bədən Tərbiyəsi və İdman kolleci

2. Bingöl Universitetinə bağlı Bədən Tərbiyəsi və İdman kolleci

3. İşıq Universitetinə bağlı Mühəndislik Fakültəsi, İncəsənət və Elmlər  Fakültəsi,İqtisadiyyat və İdarəetmə Fakültəsi

4. İstanbul Gelişim Universitetinə bağlı Tətbiqi Elmlər kolleci

5. İstinye Universitetinə bağlı Tətbiqi Elmlər Fakültəsi, Mühəndislik Fakültəsi,

6. Nevşehir Hacı Bektaş Vəli Universitetinə bağlı İdman Elmləri və Texnologiyası kolleci bağlandı.

 

İşıq Universiteti Rektorluğuna bağlı İncəsənət Fakultəsi  ilə Memarlıq və Dizayn Fakültəsi ayrılıqda ləğv edilərək İncəsənət, Dizayn və Memarlıq Fakültəsi adı altında birləşdirildi.

İstanbul Texniki Universitetinin rektorluğu tərəfindən Albaniya Respublikasında bir akademik qurum yaradılacaqdır.

 

Bununla  yanaşı, Prezidentin qərarı  ilə  Faruk Saraç Dizayn Peşə  Kollecinin adı, İstanbul Sağlık ve Sosyal Elmlər Peşə Kolleci olarak değiştirildi.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox