Gənclərimiz üçün faydalı olacaq möhtəşəm görüş planlaşdırılır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və Gəncə Dövlət Universitetinin dəstəyi ilə Nuranə Həsənovanın təqdimatında “Uğurunu paylaş” adlı görüş baş tutacaq.
Nuranə Həsənova Böyük Britaniyada Şeffild Universitetinin Sosial Elmlər Fakültəsində magistr təhsili alır.⠀
AzEdu.az xəbər verir ki, görüşdə Nuranə xanım gənclərə xaricdə təhsillə bağlı öz təəssüratlarını bölüşüb, onlara xaricdə təqaüdlə təhsil almağın yolları barədə maraqlı təqdimat edəcək.
Həmçinin görüşdə rəsmi qonaqların da iştirakı planlaşdrılır.
Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin xanım Kərimzadə, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, millət vəkili Elşad Mirbəşir oğlu, AzEdu Təhsil portalının baş redaktoru, Yazıçılar Birliyinin üzvü Elmin Nuri görüşün rəsmi qonaqları olacaq.
Görüş 16 mart 2021-cil tarixində saat 18:00-da "Zoom" platforması üzərindən onlayn şəkildə keçiriləcək.⠀
Maraqlananların iştirakı tam sərbəstdir. Görüşə qoşulmaq üçün linklər: