Zaman hər insan üçün ən qiymətli dəyərdir. Hər kəs hər şeyin tez bir zamanda həll olunmasını istəyir. Buna dil öyrənmək də daxildir. Onlayn ingilis dili öyrədən müəllim Beils bu mövzunu araşdırıb və bu yolda sizə faydalı olacaq 10 üsul hazırlayıb. AzEdu.az həmin metodları təqdim edir:
1.İngilis dilini öyrənmək üçün əvvəlcə hədəflərinizi dəqiqləşdirin:
Özünüzə real hədəflər müəyyən edin.
Hazırda ingiliscə materialları istədiyimiz sayda internetdən əldə edə bilərik. Bu üsul ingilis dilini öyrənmək üçün ən sürətlisidir.
3.Hər fürsətdə ingiliscə bir şeylər dinləyin.
Musiqi dinləməyi sevirsinizsə, ingilis dilində olan mahnılara müraciət etməlisiniz. Bundan əlavə, səsli kitablar, səsli hekayələr, ted x və s. dinləyə bilərsiniz.
İngilis dilində sərbəst danışmağı düşünənlər mütləq hər gün onlayn ya da yaxınlıqdakı dostlarıyla bu dildə danışmağa çalışmalıdır. İngiliscə danışma imkanları yaradın. Həmin mühiti formalaşdırmağa səy göstərin.
Dili öyrənmək üçün qrammatikasını bilmək lazımdır. Xüsusilə ingilis dili danışıq üçün qrammatika tələb edir. Bunun üçün çoxlu youtube hesabları mövcuddur.
Filmləri və ya serialları daha çox ingiliscə və ya ingilisdilli altyazılarla izləyin.
Bunun üçün lüğətlərdən istifadə edin. Bir sıra onlayn lüğətlərdən faydalana bilərsiniz. Dictionary, quora və s.
Hobbiləriniz və istəkləriniz nə olursa, olsun ingilis dilinizi inkişaf etdirmək üçün çalışın. Maraqlandığınız mövzulara uyğun kanallara abunə olun, sosial media hesablarını izləyin.
Təsirli, qalıcı dil öyrənmək üçün ingilis dili kurslarına müraciət edin. Təhsilinizə özgüvənlə başlayın. Onlayn ingilis dili dərslərini, proqramlarını vaxt itirmədən kəşf etməyə çalışın.
Amerika, İngiltərə, Kanada, Avstraliya başda olmaqla ingilis dilində danışılan ölkələrə səyahət planlayın. Səyahət əsnasında ingiliscə danışıb bilmədiklərinizi sürətlə öyrənə biləcəksiniz.