Türkiyə Təhsil naziri Ziya Səlcuk koronavirus pandemiyasında yoluxma sayının artması ilə əlaqədar təhsilalanların sağlamlığını düşünərək alınan yeni tədbirləri açıqlayıb.
AzEdu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,
20 noyabrdan 4 yanvara qədər dövlət və özəl təhsil müəssisələrində onlayn tədrisə davam ediləcək.
Şagirdlər ənənəvi və onlayn tədrisdə keçdikləri dərsləri öyrənməlidirlər.
31 dekabra qədər ənənəvi, yaxud da onlayn formada heç bir imtahan keçirilməyəcək.
Müəyyən hallarda fərdi tədris ənənəvi qaydada davam edə bilər.
İmtahanlara hazırlaşan təhsilalanların hazırlığı üçün lazım olan vəsaitlərin onlayn tədrisə uyğunlaşdırması üzərində işlər görülür.