Azedu.az

"Buraxılış imtahanı  ilə qəbul imtahanları birləşdirilsin" - TƏKLİF

Maraqlı

Buraxılış İmtahanları

27 Oktyabr 2020, 12:35

Deputat Aqiyə Naxçıvanlı bu tədris ilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib.

 

AzEdu.az xəbər verir ki, deputat bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

 

O bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı onlayn təhsilin davam etdirilməsində çox böyük çətinliklər var: “Buna görə də valideynlər tərəfindən mənə belə müraciətlər daxil olur. Mən də bu müraciətləri burada səsləndirirəm. Heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin”. (Apa)

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox