Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid olan AA, AB və AC qrupları üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 21-i saat 23:50-dək aparılacaq. Bu gün saat 11:10-a olan məlumata görə, 32 nəfər (AB - 8, AC - 24) qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.