Qeyd edək ki, 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 508 yerdən ibarət olmuşdur.
AzEdu.az xəbər verir ki, artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 11 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar). Ümumilikdə 74 plan yeri boş qalmışdır.
Aşağıda boş qalan plan yerləri təqdim olunur.
2020/2021-ci TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ
QƏBUL APARILAN İXTİSASLAR
Kodu | Adı | Plan |
|
| |||
Azərbaycan Tibb Universiteti | |||
311114 | Anesteziologiya- reanimatologiya | 9 |
|
311236 | Psixiatriya | 2 |
|
311325 | Allerqologiya və immunologiya | 1 |
|
311366 | Ftiziatriya | 14 |
|
311374 | Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza | 2 |
|
311414 | Ailə təbabəti | 2 |
|
311439 | Endodontiya | 3 |
|
311447 | Parodontologiya | 1 |
|
311463 | Neonatologiya | 1 |
|
311544 | Restorativ stomatologiya | 3 |
|
311552 | Ortopedik stomatologiya | 1 |
|
311569 | Uşaq stomatologoyası | 3 |
|
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu | |||
313115 | Parodontologiya | 1 |
|
313123 | Ortopedik stomatologiya | 1 |
|
313131 | Ortodontiya | 1 |
|
313148 | Anesteziologiya- reanimatologiya | 4 |
|
313189 | Travmatologiya- ortopediya | 1 |
|
313229 | Oftalmologiya | 1 |
|
313245 | Psixiatriya | 3 |
|
313261 | Daxili xəstəliklər | 2 |
|
313318 | Hematologiya | 1 |
|
313342 | Narkologiya | 4 |
|
313359 | Ftiziatriya | 3 |
|
313367 | Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza | 2 |
|
313375 | Pediatriya | 1 |
|
313431 | Gigiyena | 1 |
|
*313415 | Sosial gigiyena və səhiyyənin təşkili | 1 |
|
*313423 | Tibbi mikrobiologiya | 1 |
|
Naxçıvan Dövlət Universiteti | |||
361124 | Ümumi cərrahiyyə | 1 |
|
361132 | Travmatologiya- ortopediya | 1 |
|
361181 | Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza | 1 |
|
361221 | Endodontiya | 1 |
|
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2020, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 oktyabr 2020-ci il saat 12:00-dən 14 oktyabr 2020-ci il saat 14:00-dək //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.
QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2020, səh.6-7) müvafiq olaraq aparılır.
QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolmuşdur.