Azedu.az

68 yaşlı qadın nəvələri ilə birlikdə universitetdə təhsil alır

Maraqlı

Tələbələr

11 İyun 2020, 12:35
68 yaşlı qadın nəvələri ilə birlikdə universitetdə təhsil alır

Türkiyənin Ayfonkarahisar şəhərində 68 yaşlı qadın nəvələri ilə birlikdə universitetdə təhsil alır.

 

AzEdu.az-ın məlumatına görə, “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Vahidə Doğanay 50 illik tələbə olmaq arzusunu gerçəkləşdirib.

 

Evli, iki uşaq və dörd nəvə sahibi olan qadın Afyon Kocatepe Universitetinin İslam Elmləri fakültəsində oxuyur. Onunla yanaşı, iki nəvəsi də tələbədir:

 

“Uşaqlarımı böyütdüm, oxutdum, evləndirdim. Növbə öz həyatıma gəldi. Ötən il iki nəvəmlə birgə imtahan verib, qəbul oldum. Yaxşı oxuyan tələbələrdənəm”.

 

ŞOK İDDİA! Putin rus deyil, 2 türk oğlu var
Son xəbərlərDaha çox