Azedu.az

Rusiyada tələbələrin hərbi hazırlığı təxirə salınıb

Maraqlı

Tələbələr

3 İyun 2020, 14:26
Rusiyada tələbələrin hərbi hazırlığı təxirə salınıb

Rusiyada tələbələrin hərbi hazırlıq üzrə yay yığımı təxirə salınıb.

 

AzEdu.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

 

Bildirilib ki, bu qərar Federasiyada koronavirusla əlaqədar yaranmış vəziyyət və infeksiyanın yayılmaması tədbirləri çərçivəsində qəbul edilib.

 

“Bəzi ali məktəblərdə tələbələrin hərbi xidmətə çağırışı 2021-ci ilə keçirilib”, - Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.

 

Qeyd edək ki, Rusiyada indiyədək 423 741 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 5 037 nəfəri ölüb, 186 985 nəfər isə sağalıb.

ŞOK İDDİA! Putin rus deyil, 2 türk oğlu var
Son xəbərlərDaha çox