Azedu.az

Ceyhun Bayramov-\"100-dən artıq yeni məktəb binası istifadəyə verilib\"

27 Yanvar 2020, 14:05
Ceyhun Bayramov-\

“100-dən artıq yeni məktəb binası istifadəyə verilib”

 AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

 Nazir ötən ilin prioritet istiqamətlərindən söz açarkən bildirib ki, ötən il müxtəlif investisiya proqramları, sərəncamlarına əsasən hədəflər yerinə yetirilib:

"2019-cu ildə  84 yeni məktəb binası tikilib və təmir edilib. Qeyd edim ki, bu məsələlər Heydər Əliyev Fondunun rəhbərinin diqqət mərkəzindədir. 2019-cu ildə 100-dən artıq yeni məktəb binası istifadəyə verilib.

2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək. Məqsədimiz odur ki, bu il görüləcək işlər  ən azı 2019-cu ildəki işlərlə eyni  həcmdə və ya daha  artıq olsun".

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox