“Ana ürəyidir də, qəlbindən keçir və gəlib baxdırır ki, övladım ali məktəbə daxil olacaq, yoxsa yox”
Bu sözləri AzEdu.az-a açıqlamasında baxıcı Yeganə Zeynalova deyib. Onun sözlərinə görə, valideynlərin qəbul imtahanları ərəfəsində baxıcılara müraciət etməsi tamamilə normaldır:
“Nə abituriyentlər, nə də valideynlər imtahan ərəfəsində mənə müraciət etməyiblər. Onsuz da, zəkası olan şagird mərdimazar olmasa universitetə daxil olur. Kimin qismətində nə varsa o da olacaq. Ancaq müraciət edənləri də başa düşürəm. Anadır narahat olur və övladının ali məktəbə daxil olub-olmamasını öyrənmək istəyir. Qəlbindən keçirsə, yoxlatdırar. Ona nə demək olarki?!”