Azedu.az

Məleykə Abbaszadə yeni müsabiqənin şərtlərini açıqladı – Suallar bu formada olacaq

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

27 Dekabr 2019, 11:06
Məleykə Abbaszadə yeni müsabiqənin şərtlərini açıqladı – Suallar bu formada olacaq

“”Yüksəliş” müsabiqəsində də onlayn imtahan keçiriləcək. Namizədlər şəxsi kabinetinə  daxil olaraq  verilən sualları elektron formada cavablandıracaq".

AzEdu.az  xəbər verir ki, bu sözləri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, namizədlər istənilən yerdə evində, məktəbində də imtahanda iştirak edə biləcəklər:

"Nəticələr  statistik  cavab formasında hesablanıb, açıqlanacaq. Namizəd biləcək ki, məsələn 100 nəfərin arasında neçənci yerdədir . İmtahanların onlayn olması həm də o deməkdir ki, biz onlara etimad göstəririk. Amma  fərqli xüsusiyyət odur ki, hər sual üçün çətinlikdən asılı olaraq vaxt veriləcək.

Həmin vaxtda cavab verilməyən sual təkrarlanmır. Yəni bir sual üçün 1 dəqiqə, 30 saniyə və s. vaxt veriləcək".

O həmçinin bildirib ki, imtahan modelini iştirakçılarla tanış etmək üçün sınaq imtahanı da keçiriləcək.

"Bununla bağlı sınaq imtahanı da keçiriləcək. DİM-də V siniflər üçün onlayn imtahanlar var. Məsləhət  görərdim ki, bu imtahanlarda  iştirak etsinlər”.

Ayşə MÜSEYİB

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox