Bakıda evdən meyit tapılıb.
AzEdu.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Rayonun Keşlə qəsəbə sakini, 1953-cü il təvəllüdlü Məmmədova Gülyaz Alməmməd qızı yaşadığı evdə ölü tapılıb. Onun meyitini qonşuları aşkar edib.
Qeyd edək ki, Gülyaz Məmmədova texniki elmlər doktoru, professordur.(apa)