Azedu.az

Nazirliyin əməkdaşları qan verdilər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət qulluğu

8 May 2018, 15:40
Nazirliyin əməkdaşları qan verdilər

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib.

AzEdu.az xəbər verir ki, aksiyada Təhsil Nazirliyinin rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları fəal iştirak edib.

Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədi ilə təşkil olunub.

Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaqdır.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox