Azedu.az

NASA: Yer kürəsinə Xeops ehramından da böyük asteroid yaxınlaşır

Maraqlı

12 Avqust 2019, 16:56
NASA: Yer kürəsinə Xeops ehramından da böyük asteroid yaxınlaşır

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yer kürəsinə Misirdəki Xeops ehramından da böyük asteroidin yaxınlaşması haqda xəbərdarlıq edib. 

AzEdu.az-n məlumatına görə, apa.az“Express”ə istinadən xəbər verir ki, “2019 OU1” adını almış asteroidin hündürlüyü 160 metrdir. Bu da Misirdəki Xeops ehramından 20 metr hündürdür. Asteroid saatda 46,7 min kilometr sürətlə hərəkət edir. 

Məlumata görə, avqustun 28-də asteroid Yer kürəsinə Venera planetindən 40 dəfə daha yaxın məsafəyədək yaxınlaşacaq. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox