“Facebook” şirkəti istifadəçilərə elektron məktubları və mətnli bildirişləri dəri vasitəsilə oxumağa imkan verən qurğu hazırlayıb.
AzEdu.az xəbər verir ki, yeni texnologiyanın smartfon aludəçiliyinin qarşısını alacağı, eləcə də eşitmə və görmə pozğunluğu olan insanlara kömək edəcəyi bildirilir.
Qurğunun prototipi “Facebook” nümayəndələri tərəfindən Kanadada keçirilən konfransda nümayiş olunub. Ekspertlər qeyd edib ki, smartfon istifadəçilərinin qurğuları gün ərzində orta hesabla 47 dəfə yoxlamasına görə qurğulardan asılılığın azaldılması üçün yeni üsulların kəşfinə ehtiyac duyulur. (ictnews)