Abituriyentlər uzun bir marafonu geridə qoydular, bəziləri uğur qazandı, bəziləri isə uğursuzluğa düçar oldu. Bəs bu məqamlar onların psixologiyasına necə təsir edib?
Psixoloq məsləhəti rubrikasında bu dəfə “Hədəf” kurslarının Sumqayıt şəhəri üzrə filial rəhbəri Vüsal Heybətov ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin psixoloji durumundan danışıb.
Video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.