Hədəf STEM Liseyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Özün düzəlt” Elm, Mühəndislik, Faydalılıq Festivalı başlayıb.
AzEdu.az xəbər verir ki, ölkədə ilk dəfə keçirilən festivalda “Xəyallarını əllərin göstərsin” devizi ilə lisey şagirdlərinin hazırladıqları eksponatlar tədbir iştirakçılarına təqdim edilib.
Tədbir şagirdlər tərəfindən hazırlanan elektrik avtomobilinin təqdimatı ilə açıq elan olunub.
Festivalda, həmçinin bir-birindən maraqlı elm-texnologiya sahəsi üzrə eksponatlar da nümayiş ed