Kodeks Splenda dizayner Bradi Vitney tərəfindən hazırlanan taxta bir kitabdır. Bu kitabın özəlliyi müasir dizaynla işlənməsidir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, oxucular kitabdakı hekayəni oxumaq üçün kitabın beş səhifəsində hazırlanan pazlları həll etməlidirlər. Bu dizayn sayəsində kitabdakı pazlları addım-addım həll etmək üçün oxucular kitabı təkrar araşdırırlar. Kitab tərtibatı üçün lazerlə kəsmə texnologiyasından istifadə edilib.
Sonrakı səhifəyə keçmək üçün mütləq həll etməyiniz lazım olan pazlların tamamilə sadə olduğunu düşünməyin. Qarışıq və maraqlı dizaynı ilə diqqəti cəlb edən Codeks Silenda adlı bu kitab 2019-cu ildə satışa çıxarılacaq.