Azedu.az

Opera ifaçısı Yusif Eyvazov “Qızıl Maska” ilə təltif edilib

Maraqlı

16 Aprel 2018, 06:25
Opera ifaçısı Yusif Eyvazov “Qızıl Maska” ilə təltif edilib

Yusif Eyvazov ilə Anna Netrebkonun dueti Rusiyada ilin ən yaxşı opera dueti seçilib.

AzEDU.az xəbər verir ki, Rusiyanın ən dəyərli teatr mükafatını ər-arvad dueti Böyük Teatrın səhnəsində "Manon Lesko" operasını möhtəşəm ifa etdiklərinə görə qazanıblar.

Hazırda məşhur cütlük ABŞ-a səfərə hazırlaşdığından mükafatlandırma mərasiminə qatıla bilməyib. Onların yoxluğunda mükafatı Böyük Teatrın nümayəndələri qəbul ediblər. Onlar "Maska"nı sahiblərinə çatdıracaqlar.

Qeyd edək ki, "Manon Lesko" operasında rollardan birini Böyük Teatrın solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizov ifa edib. (“Report”)

660c6169-ee1b-4dd1-b99b-6414f5d83f75.jpg

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox