Elmi işçilərin (kadrların) statistik qiymətləndirilməsi elm statistikasının qarşısına qoyduğu əsas məsələlərdən biridir.
AzEdu.az elmi təşkilatlarda işçilərin statistik qiymətləndirilməsi barədə məlumatı təqdim edir:
Elmi işçilər ölkənin elmi potensialının əsas tərkib elementi hesab olunur və insan amilindən tam istifadə edilməsi, insan kapitalının vəziyyətini xarakterizə edir. Kadrların statistikasının əsas məqsədi tədqiqat və işləmələrdə məşğul olan işçilərə dair statistik məlumatların toplanması, işlənməsi, təhlili və yayılmasıdır. Hazırda kadrlar statistikasının yeni metodologiyasının formalaşmasında əsas rolu əmək bazarının inkişaf istiqamətləri və informasiya cəmiyyətinin tələbatı oynayır.
Mövcud statistika təcrübəsində elmi və elmi-pedaqoji işçilərə aşağıdakılar aid edilir:
-Milli Elmlər Akademiyasının və sahə akademiyalarının həqiqi və müxbir üzvləri;
-iş yerindən asılı olmayaraq, elmi dərəcəsi və elmi adları olan şəxslər (elmlər doktoru, elmlər namizədi, professor, dosent, baş elmi işçi, kiçik elmi işçi, asistent);
-elmi dərəcəsi və elmi adından asılı olmayaraq, elm müəssisələrində elmi-tədqiqat işləri aparan, ali təhsil müəssisələrində elmi və elmi-pedaqoji işləri yerinə yetirənlər;
-sənayedə, layihə, layihə-konstruktor, layihə-texnologiya müəssisələrində sistematik olaraq yuxarı təşkilatın tematik planına uyğun olaraq tədqiqat işlərini yerinə yetirən elmi dərəcəsi və elmi adı olmayan ali təhsilli mütəxəssislər.
Elmi işçilərin uçotu elmin bütün sahələri üzrə (təbii, texniki və ictimai) aparılır. Məlumat bazası kimi müəssisə və elmi təşkilatlar tərəfindən təqdim edilmiş hesabatlar əsas götürülür. Bundan başqa, beynəlxalq təşkilatların tələbinin ödənilməsi üçün birdəfəlik müşahidə məlumatları da elmi kadrların statistik qiymətləndirilməsində istifadə edilir.
Elmi kadrların tərkibi aşağıdakı kimi xarakterizə edilir:
Şərti işarələr: + tam əhatə; - nəzərə alınmırlar; ± natamam əhatə; D – elmlər doktorları və elmlər namizədlərinin uçotu; M – ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrinin ştatında mövcud olmayan, lakin elmi tədqiqat və işləmələri kafedralarda, yaxud müqavilə əsasında yerinə yetirən işçilərin uçotu.
Yerinə yetirilən faktiki işlərin xarakterinə və işçilərin ixtisas səviyyəsinə görə elmi-tədqiqat və işləmələrdə çalışanlar aşağıdakı kateqoriyalara bölünür:
Qeyd: Məqalə Dövlət Statistika Komitəsinə istinadən yazılıb.