Azedu.az

Prezident Elmlər Akademiyasının büdcədən maliyyələşməsini dayandırdı

3 Fevral 2019, 22:47
Prezident Elmlər Akademiyasının büdcədən maliyyələşməsini dayandırdı

Türkmənistanda Elmlər Akademiyasına dövlət büdcəsindən maliyyə ayrılmayacaq. AzEdu.az xəbər verir ki, bu barədə Prezidenti Qurbanqulu Berdiməhəmmədov sərəncam imzalayıb. Bu qərardan sonra 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalıb.

 

Türkmənistan Elmlər Akademiyasına, həmçinin, Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir.

 

Türkmənistan Elmlər Akademiyası 1951-ci ildə Aşqabadda SSRİ EA-nın fililalı olaraq yaradılıb. Saparmurad Niyazovun vaxtında fəaliyyəti dayandırılsa da, Berdiməhəmmədov 2009-cu ildən onun fəaliyyətini tam bərpa etmişdi.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox