Azedu.az

Bakıda 13 yaşlı uşaq itkin düşdü

23 Yanvar 2019, 22:41
Bakıda 13 yaşlı uşaq itkin düşdü

Bakıda 13 yaşlı uşaq itkin düşüb. AzEdu.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Kazımovski küçəsində yerləşən Əlillərin Bərpa Mərkəzində baş verib.

 

Sabirabad rayonu Moranlı kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynli Amin Əziz oğlu yanvarın 21-də saat 13 radələrində Əlillərin Bərpa Mərkəzindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox