Azedu.az

Deputat qəzet köşklərində kitab satışını təklif etdi

Maraqlı

Müəllimlər və elm adamları

17 Yanvar 2019, 12:43
Deputat qəzet köşklərində kitab satışını təklif etdi

Azərbaycanda qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur.

AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Aqil Abbas deyib.

Millət vəkili bölgələrdə kitabxanaların fəaliyyətindən narazılığını bildirib: "Bəzi rayonlarda kitabxanaların sayı qənaətbəxş səviyyədə deyil. Elə rayon mərkəzi var ki, orada 2-3 kitabxana var, eləsi də var ki, kitabxana yoxdur".

 

O əlavə edib ki, rayonlarda kitab mağazaları da azdır: "Heç olmasa, qəzet köşklərində kitab satışını genişləndirmək olar. Hər rayonda ən azı 1-2 qəzet köşkü var”.

A.Abbas elektron kitabxanaların artırılmasının vacibliyini də vurğulayıb: "Ümumiyyətlə, kitabxana məsələsi ən ciddi məsələlərdən biridir”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox