Leanardo da Vinçinin “Codex Leicester” adlı kitabının 1994-cü ildə Nyu Yorkda keçirilən hərracda ən azı yeddi qat baha qiymətə satılması gözlənilirdi. Amma həmin kitabı dünyanın ən varlı insanı Bill Qeyts 30 milyon 800 min dollar aldı;
Dünyanın ən qədim kitabı
Quttenberqin nəşr etdiyi İncildən 600 il öncə 868-ci ildə artıq başqa bir çap texnikası kəşf edilmişdi. Diamond Sutra dünyanın ən qədim kitabı hesab olunur. Kitab Buddanın şagirdlərinlərindən biri ilə olan dialoqdan bəhs edir. O, taxta üzərində nəşr olunub, rənglənib, daha sonra isə vərəüq üzərinə köçürülüb;
Dünyanın ən kiçik kitabı
Yaponiyadakı 0,74 - 0,75 sm böyüklüyündə olan kitab dünya üzrə ən kiçiyi hesab olunur. “Shiki no Kusabana”( mövsüm çiçəkləri) adlı bu kitab 22 səhifədən ibarətdir.şriftlərinin ölçüsü 0,01 mm-dir. İçərisi kiçik gül illüstrasiyalarından və onların adlarından ibarətdir. Onun naşiri Toppan çap zamanı pul nəşrində istifadə olunan üsuldan yararlanıb;
Dünyanın ən çox oxunan kitabı
Ən çox oxunan kitab İncil hesab olunur. Ginesin rekordlar kitabı onu 2,5- 5 milyard rəqəm ilə qeydə alsa da, kitabın neçə nüsxə çap olunduğu haqda dəqiq söz demək mümkün deyil. Dünya İncil cəmiyyətinin dediyinə görə bu siyahıya hər il təxminən bir milyon İncil əlavə olunur. Qeyd edək ki, kitab 2500-dən artıq dilə tərcümə olunub;
Dünyanın ən çox oxunan romanı
Yel dəyirmanlarına qarşı mübarizə aparan “Don Kixot” romanı 400 ildən artıq bir müddətdə oxucuları həyəcanlandırmağı bacarıb. Riçard Strauss və ya Pablo Pikasso kimi sənətkarlar da bu romandan ilham alıblar. Migel de Servantesin “Don Kixot” romanı bu günədək 500 milyon dəfə nəşr olunub. Müqayisə olaraq deyə biulərik ki, hətta bütün “Harri Potter” romanları belə 400 milyon tirajla çap olunub;
Dünyanın ən qalın kitabı
Aqata Kristinin “ Miss Marple” hekayələrinin davamı 32 sm qalınlığında, 8 kq ağırlığındadır. Dedektiv 4032 səhifəlik kitabda 32 hadisə və cinayəti araşdırıb;
Dünyanıın ən sirli kitabı
Voyniçin bu kitabı heç kimin bilmədiyi bir yazı və dildə yazılıb. Kitabın səhifələri arasında heç kimə məlum olmayan bitkilər və borularla bir birinə bağlanmış qadın və digər qəribə illustrasiyalar yer alıb. 15-ci əsrə aid olan kitablar bir vaxtlar imperator 2-ci Rudolfa məxsus idi.
Lamiyə Süleymanlı