Azedu.az

Magistratura: Danışığın yoxlanılması nəticələri ilkin mərhələdə aşağı salacaq

Magistratura

7 Oktyabr 2025, 10:52
Magistratura: Danışığın yoxlanılması nəticələri ilkin mərhələdə aşağı salacaq

“Magistraturaya qəbul imtahanında “speaking” mərhələsinin akademik nəticələrə təsiri olacaq. Əvvəlcə nəticələr bir qədər aşağı olsa da, gələcəkdə yüksələcəyi gözlənilir".

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev bildirib.

Onun sözlərinə görə, artıq Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanında “speaking” (danışıq) mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul olunub:

“Əlbəttə, bu mərhələnin imtahan prosesinə daxil edilməsi və namizədlərin danışıq bacarığı əsasında qiymətləndirilməsi çox müsbət addım kimi dəyərləndirilə bilər. Amma sual yaranır: buna nə dərəcədə hazırıq?

Təbii ki, müəyyən çətinliklər olacaq. Çünki bütün namizədlərin ingilis dilində sərbəst danışa bilməsi real görünmür. Amma nəzərə almaq lazımdır ki, artıq bir çox ixtisaslarda tədris ingilis dilində aparılır və bakalavr səviyyəsində təhsil alan tələbələr dörd il ərzində müəyyən danışıq bacarıqları formalaşdırırlar.

Bu baxımdan, əvvəlki dövrlərlə müqayisədə bu mərhələnin tətbiqi nisbətən daha asan ola bilər. Dil hazırlığı kurslarının və magistratura qruplarının bu yeniliyi qarşılamaq baxımından qismən hazır olduğunu demək olar. Tam yetərli olmasa da, bu prosesə başlamaq özü böyük bir addımdır və gələcəkdə sistemin daha da təkmilləşməsinə yol aça bilər.

Qaldı ki, “speaking” mərhələsinin ümumi akademik nəticələrə təsiri məsələsinə, düşünürəm ki, bu təsir olacaq. İlk mərhələdə nəticələr əvvəlki illərlə müqayisədə bir qədər aşağı ola bilər, lakin tədricən növbəti illərdə bu sahədə də yüksək nəticələr əldə olunacağı gözləniləndir".

Rusiya sərsəmlədi - Bakını Ukraynanın taleyi gözləyir
Son xəbərlərDaha çox