Azedu.az

Bu qədər magistr tələbəsi Təhsil Tələbə Krediti alıb - RƏSMİ

Magistratura

1 Oktyabr 2025, 17:13
Bu qədər magistr tələbəsi Təhsil Tələbə Krediti alıb - RƏSMİ

Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025-2026-cı tədris ilinin payız semestri üçün 28 avqust - 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçiriblər.

2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmuş neçə tələbə təhsil tələbə krediti üçün müraciət edib?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.    

Fonddan sorğumuza cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü magistratura səviyyəsinə qəbul tarixi ilə eyni vaxtda başlayıb:

"Belə ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrları 24 iyul 2025-ci il tarixindən etibarən Təhsil Tələbə Krediti Fonduna məxsus elektron portal (e-ttkf.edu.az) vasitəsilə müraciətlərini uğurla həyata keçirmişlər.

2025/2026-cı tədris ili üzrə bakalavriat və magistratura səviyyələri üçün ümumilikdə 5022 təhsil tələbə kreditinin rəsmiləşdirilməsi təmin edilmişdir ki, onlardan 1396-sı magistratura səviyyəsinə aiddir".

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox