Azedu.az

Növbəti ilin PROQNOZU - magistraturaya keçid balları ARTA BİLƏR

Magistratura

29 Sentyabr 2025, 17:02
Növbəti ilin PROQNOZU - magistraturaya keçid balları ARTA BİLƏR

“Bu il magistraturaya müsabiqəyə qatılan bakalavrların sayı kifayət qədər çox idi. Ötən illərlə müqayisə etdikdə, onların yarıya yaxını, demək olar ki, bakalavr təhsilini bitirdikdən sonra magistratura təhsilinə davam etmək hüququ qazanıb. Onların bir qismi isə dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib”.

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev qeyd edib.

Onun sözlərinə görə, müsabiqədə iştirak edən bakalavrların ümumi sayı 25.000 nəfərdən çox olub:

“Daha dəqiq desək, imtahan vermək üçün elektron ərizə ilə müraciət edənlərin sayı 35.000 nəfərdən çox idi. Amma faktiki olaraq müsabiqə şərtini ödəyənlərin sayı bu rəqəmlərlə müqayisədə aşağı idi. Yəni ümumilikdə 40 bal və ya 30 baldan yuxarı nəticə toplayan bakalavrların sayı ümumi müraciət edənlərdən az idi.

Hazırda artıq bilirsiniz ki, yeni qaydalar tətbiq olunur. Esse yazısı imtahan formatında artıq iki ildir tətbiq edilir və nəticələrdə müəyyən dəyişikliklər müşahidə olunur. Məsələn, 0-30 bal aralığında nəticə göstərənlərin sayı 2023-cü ildə 1.670 nəfər idisə, 2024-cü ildə bu rəqəm 2.301 nəfərə yüksəlib, 2025-ci ildə isə 3.117 nəfərə çatıb. Əsas rəqabət növbəti il 40-65 bal aralığında olacaq. Çünki bu bal aralığında nəticə göstərən bakalavrların sayı 15.998 nəfər təşkil edib. Bu aralıqda nəticə göstərənlərin çoxluğu keçid ballarına da təsir edəcək və bəzi ixtisaslarda keçid balları 1-3 bal arası arta bilər.

Amma 70 və ya 80 bal aralığında nəticə göstərənlərin sayında bu il azalma müşahidə olunduğu üçün həmin bal aralığında dəyişikliklər daha az və ya sabit qala bilər. Eyni zamanda, 0 baldan 95 faizə qədər nəticə göstərənlərin sayına baxsaq, 2023-cü ildə bu 24.118 nəfər idi, 2024-cü ildə 24.858 nəfər, 2025-ci ildə isə 26.241 nəfər olub. Konkret olaraq, 40 bal və üzəri nəticə göstərən bakalavrların sayı isə bu il 18.017 nəfər təşkil edib. Müqayisə üçün deyim ki, 2024-cü ildə bu rəqəm 18.012 nəfər, 2023-cü ildə isə 19.331 nəfər idi. Yəni bu il bir qədər azalma müşahidə olunur.

Xüsusilə 70 bal və yuxarı nəticə göstərənlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. 2025-ci ildə bu göstərici 1.919 nəfər olub, halbuki 2024-cü ildə 2.106 nəfər idi. Təxminən 100 nəfərlik azalma baş verib. Bu da keçid ballarına təsir edib və bəzi ixtisaslarda keçid ballarının bir qədər aşağı düşməsinə səbəb olub.

Növbəti il üçün proqnoz budur ki, bu il kifayət qədər müsabiqəyə qoşulan, lakin uğur qazanmayan şəxslər əgər ciddi şəkildə hazırlaşsalar, ballarda artım müşahidə oluna bilər. Artıq üçüncü ildir ki, esse formatı tətbiq edilir və bu formata uyğunlaşma baş verib, bu da nəticələrə müsbət təsir göstərə bilər”.

TƏCİLİ! İrəvanda ara qarışdı - Etirazçılarla polis bir-birinə girdi
Son xəbərlərDaha çox