Azedu.az

Magistratura: ilk dəfə iştirak edənlərin sayı son 6 ildə 2 dəfə ARTIB

Magistratura

2 Sentyabr 2025, 11:46
Magistratura: ilk dəfə iştirak edənlərin sayı son 6 ildə 2 dəfə ARTIB

Son illərdə Azərbaycanda bakalavrların magistraturaya marağı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Təhsilini davam etdirmək istəyən gənclərin sayı hər il yüksələn templə artır və bu, ali təhsilin növbəti pilləsinə keçidə olan tələbatın göstəricisi kimi dəyərləndirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarına qatılan bakalavrların sayı son altı ildə bu tendensiyanı açıq şəkildə ortaya qoyur.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildə magistraturaya qəbul imtahanında ilk dəfə iştirak edən bakalavrların sayı 15 377 nəfər təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. 2023-cü ildə bu rəqəm 15 268 nəfər, 2022-ci ildə isə 12 142 nəfər olub. 2021-ci ildə 11 588 nəfər, 2020-ci ildə 8 352 nəfər, 2019-cu ildə isə 7 313 nəfər bakalavr magistr imtahanında ilk dəfə iştirak edib.

Beləliklə, altı il ərzində imtahanda iştirak edənlərin sayında davamlı artım müşahidə olunur. Əgər 2019-cu ildə bu göstərici 7 min nəfərdən bir qədər çox idisə, 2024-cü ildə bu rəqəm 15 min nəfəri ötərək ikiqat artım nümayiş etdirib. Bu tendensiya bakalavrların magistr pilləsində təhsilə marağının getdikcə artdığını açıq şəkildə ortaya qoyur.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox