Azedu.az

Magistraturada minlərlə plan yeri boş qaldı - səbəb nədir?

Magistratura

19 Avqust 2025, 14:02
Magistraturada minlərlə plan yeri boş qaldı - səbəb nədir?

Magistratura üzrə boş qalan yerlərə ixtisas seçimi başa çatıb. Belə ki, 3700 plan yerinə 1418 namizəd sənəd verib.

Bu qədər plan yerinin boş qalmasına səbəb nədir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, doğrudan da kimi plan yerlərinə uyğun sənəd verənlərin sayı kifayət qədər azdır və boş qalan yerlər mövcuddur: 

Bu ixtisası bitirənlər iş tapa bilmir - Plan yerləri azaldılsın!

"Bunun iki əsas səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, bəzi ixtisaslara tələbat aşağıdır və bu sahələr üzrə tədrisin keyfiyyətinə inam zəifdir.

İkinci səbəb isə budur ki, bəzi sahələr üzrə peşəkar sənətkarlar olsa da, onlar tələb olunan balı toplaya bilmirlər. Məsələn, musiqi ifaçılığı, muğam şöbəsi və digər sahələrdə kifayət qədər perspektivli, təcrübəli müğənnilər və ifaçılar mövcuddur. Lakin onlar imtahanda kifayət qədər bal yığa bilmədiklərinə görə müsabiqəyə qəbul oluna bilmirlər və nəticədə plan yerləri boş qalır",- deyə ekspert fikrini yekunlaşdırıb.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox