Azedu.az

Magistratura: Qəbulda ən çox bu universitetlər LİDERDİR- SİYAHI

Magistratura

23 İyul 2025, 12:27
Magistratura: Qəbulda ən çox bu universitetlər LİDERDİR- SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

AzEdu.az ötən illərdə bakalavr tələbələrinin ən çox üz tutduğu ali məktəblərlə bağlı araşdırma edib.

Ötən il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15922 plan yerinin 84.69%-i dolub.Belə ki, müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri tam (100%) dolub.

Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyasında plan yerləri 95%-dən çox, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyasında 90% və daha çox dolub.

Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (41% və daha aşağı) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan İlahiyyat İnstituna aiddir.

2023-cü il üzrə müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 14038 yerin 94.64 %-i dolub. Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.63%, 2021-ci ildə isə 92.95% olub.

Belə ki, müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam (100%) dolub.

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərbi Kaspi Universitetlərində plan yerləri 95% və daha çox dolub.

Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstituna (66.67%) aiddir.

2021-ci il üzrə müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11135 yerin 92.83 %-i dolub.

Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4%, 2019-cu ildə isə 78.1% olub.Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Bakı Biznes Universitetində, Bakı Qızlar Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam dolub.

Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Kooperasiya və Odlar Yurdu Universitetlərində plan yerləri 95% və daha çox dolub.

Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstituna (37.5%) aiddir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox