Azedu.az

Gələcəkdə essenin məcburi tətbiqi magistraturada deyil, doktoranturada olsun

Magistratura

17 İyul 2025, 09:19
Gələcəkdə essenin məcburi tətbiqi magistraturada deyil, doktoranturada olsun

"Gələcəkdə magistratura imtahanında essenin məcburi tətbiq olunması məsələsi düşünürəm ki, çox da doğru yanaşma deyil".

Bu fikri AzEdu.az-a açıqlamasında sabiq deputat, "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib.

O, bildirib ki, bu imtahanlara hazırlaşan bakalavrlar üçün əlavə yükdür: "Nəticədə bu adamlar orta məktəb bitirib, universitet bitirib, diplom alıblar, yəni bu qədər uzun müddətdə təhsildən sonra bir insanın fikrini ifadə edə bilməməsi, ali təhsilli şəxsin fikrini ifadə edə bilməməsini yoxlamağın nə dərəcədə doğru olduğunu bilmirəm.

Daha yaxşı olar ki, bunu bakalavriat yox, doktorantura mərhələsində tətbiq eləsinlər

"Təbii ki, bunu tətbiq elmək olar, sadəcə humanitar və sosial yönümlü ixtisaslara qəbul zamanı hansı ki, burada fikrini əsaslandırma bacarığı və s. nəzərə alınır. Daha yaxşı olar ki, bunu bakalavriat yox, doktorantura mərhələsində tətbiq eləsinlər. Ona görə ki, orada daha çox elmi tədqiqatlar, araşdırmalar, ümumiyyətlə, elmi işin yazılması, metodologiya və s. olur. Orada da loqik və fikir ifadəsi çox əsaslı yanaşmalardan biridir. Məqalələrin, araşdırmaların hazırlanmasında. Məncə, bu əlavə yükdür.Həmçinin bilirsiniz, essenin yoxlanılması bir az da subyektivdir. Çünki insan amili var. Belə deyək o müəllimin də, onu yoxlayan markerin də özünə uyğun kriteriyaları var. 

Bu bir az da ondan qaynaqlanır ki, Azərbaycanda son illər ümumiyyətlə məktəbi, hətta 9 və ya 11-ci sinifləri bitirən uşaqların arasında da oxuyub-yazma bilməyənlər, yaxud da kiçik esse yaza bilməyənlər, oxuyub-anlaya bilməyənlər çoxdur. İldən-ilə belə problemlər təhsil sahəsində görülür, yəni rast gəlinir.

Halbuki biz 25-30 il əvvələ getsək, belə bir şey yox idi. Azərbaycanın əhalisinin 95%-i ilə bağlı həmişə deyirdilər ki, sərbəst şəkildə oxuyur, yazır, danışır, yazdığı fikri ifadə edə bilir. O baxımdan ola bilsin ki, bu yanaşma bu səbəblə tətbiq olunur.

Düşünürəm ki, esse yazılması məsələsi ümumiyyətlə ali təhsildə yazı bacarığının təşviqindən yox, Elm və Təhsil Nazirliyinin keyfiyyətli tədris prosesi yaratması ilə həll olunmalıdır. Yəni bu orta məktəbdən başlamalıdır.Bakalavriat səviyyəsini bitirən adam əgər bu vaxta qədər esse yazıb öz fikrini tam ifadə edə bilmirsə, bundan sonra da çətin olacaq. Çünki bakalavrlar arasında da narazılıq yaradacaq. O baxımdan ki, onlar iki mərhələli imtahan prosesinə hazırlaşırlar, onun üzərinə də əlavə esse yazmaq tələbi gəlsə, bu, tələbələrin işini çətinləşdirir".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox