Azedu.az

Magistratura: 20549 bakalavrdan 697 nəfəri imtahana gəlməyib

Magistratura

13 May 2025, 15:49
Magistratura: 20549 bakalavrdan 697 nəfəri imtahana gəlməyib

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 20549 bakalavrdan 697 nəfəri imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Qeyd edək ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox