Azedu.az

Magistratura imtahanında 3 saat yetərli DEYİL - Vaxt uzadıla bilər?

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Fevral 2025, 10:03
Magistratura imtahanında 3 saat yetərli DEYİL - Vaxt uzadıla bilər?

Ötən ildən başlayaraq, magistraturaya qəbul imtahanlarından sonra namizədlərə sual kitabçaları paylanılır. Bu il və əvvəlki illərdə imtahanda iştirak edənlər bildirirlər ki, “Əvvəllər məntiq üzrə 15-20 təkrar sual verilirdi, bu da "asan bal" toplamağa zəmin yaradırdı. Lakin bu il həmin qayda tətbiq olunmayıb və bu, haqsızlıqdır”.

 

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AzEdu.az-a açıqlama verib.

155174

E.Nuri bildirib ki, əvvəlki illərdə imtahanlarda istifadə olunmuş 15-20 sualın yenidən təqdim edilməsi inandırıcı deyil:

 

“Sosial şəbəkələrdə və təhsil saytlarında bu barədə çox sayda məlumat yayılır. Magistrant olmaq istəyənlər imtahanlara normal şəkildə hazırlaşmalıdırlar. İmtahan verdikdə biliklərimizi sınayırıq, buna görə ötən illərin suallarını gözləmək doğru deyil.

 

Dövlət İmtahan Mərkəzinin xüsusi jurnallarında bu il üçün proqram mövcuddur. Tədris materialları müxtəlif mənbələrdən əldə oluna bilər və çox çətin hazırlıq keçmədən belə müvafiq nəticələr əldə etmək mümkündür. Təəssüf ki, magistratura imtahanlarına hazırlaşan şəxslər (bakalavrın son illərində olanlar və ya məzunlar) bu cür təkrarlanan suallar üzərində narazılıqlarını bildirirlər. Əvvəlki illərdə məntiq, informatika və xarici dil fənləri üzrə bəzən bir neçə sual təkrar verilə bilərdi, amma 15-20 sualın yenidən imtahanda yer alması inandırıcı deyil.

 

Biz nəyi qoyub, nəyi düşünürük? Nəyin qayğısını çəkirik? Nəyi özümüzə qarşı haqsızlıq predmeti kimi götürürük? Təsəvvür edək ki, əvvəllər dedikləri kimi olub, amma bu il belə deyil. Ədalət prinsipini başqa meyarlarla qiymətləndirmək daha düzgün olar. İnanmıram ki, 50 sualdan 15-20-si ötən illərdə olduğu kimi bu il də bakalavrlara təqdim edilsin. İmtahandan sonra sual kitabçaları veriləndən sonra növbəti imtahanlarda təkrar suallar yer almaz.

 

Ümumiyyətlə, müəyyən proqram üzrə hər gün bir saat hazırlıq edərək test vərdişlərini inkişaf etdirmək və imtahan verərək lazım olan balı toplamaq mümkündür. Hər bir detala diqqətlə yanaşıb, narazılıq yaratmaq düzgün deyil".

 

Həmsöhbətimiz əlavə edib ki, ali təhsil magistratura səviyyəsi üzrə qəbul imtahanlarına ayırılan vaxtın yarım saat artırılmasına ehtiyac vardır:

 

“Magistratura imtahanında 3 saat ərzində məntiq, informatika və xarici dil üzrə test tapşırıqları həll edilir, əlavə olaraq 30 dəqiqəlik esse yazılır (esse mərhələsi könüllüdür). Lakin namizədlər esse mərhələsindən daha çox digər fənnlərə fokuslandığı üçün 3 saat onlara bəs etmir.

 

İldən-ilə məntiqin çətinləşməsi nəzərə alınaraq, imtahan müddəti ən azı yarım saat artırılmalıdır. Məntiqlə bağlı suallarda riyazi həll tələb edən tapşırıqlar artır. 2-3 il əvvəl bu tip suallar indiki ilə müqayisədə az idi.

 

Esse mərhələsi nəzərə alınmadan, qəbul imtahanı 3 saatdır. Bu müddət ərzində sualların cavablandırılması və kodlaşdırma yer alır. Mən çox istərdim ki, kodlaşdırma 3 saatın xaricində olsun. Həmin saatlar yalnız sualların cavablandırılmasına sərf edilsin, kodlaşdırma üçün isə namizədlərə 30-45 dəqiqə vaxt verilsin".

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox