Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.Belə ki, imtahanda iştirak etmək üçün 21926 bakalavr ərizə təqdim edib. Onlardan 20057 nəfər Azərbaycan bölməsi, 1869 nəfər rus bölməsi üzrə olub.
Maraqlıdır, dünən neçə nəfər ilk dəfə olaraq magistratura imtahanında iştirak edib?
Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.
DİM-dən bildirilb ki, cari ildə məzun olmuş 14017 tələbə ilk dəfə magistratura imtahanında iştirak edib:
"Digər 7909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır",- deyə məlumat verilib.
Həmçinin imtahanda iştirak edənlərin 11 211 nəfəri qız, 10 715 nəfəri isə oğlandır.