Azedu.az

DİM magistratura imtahanı verəcək bakalavrlara müraciət edib

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

6 Fevral 2025, 14:38
DİM magistratura imtahanı verəcək bakalavrlara müraciət edib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı (I cəhd) 16 fevral 2025-ci il tarixində keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox