Azərbaycanlı gənclərin dövlət proqramı çərçivəsində xaricdə doktarantura təhsilinə qəbulu hazırda davam edir.
Bəs xaricdə təhsil üzrə bakalaviatura və magisrtaruraya sənəd qəbulu nə zaman aparılacaq?
AzEdu.az xəbər verir ki, “2019-2023 Dövlət proqramı” üzrə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məsələyə aydınlıq gətirib:
“Dövlər proqramı çərçivəsində doktarantura təhsil səviyyəsi ildə 2 dəfə həyata keçirilir. İl üzrə ilk qəbulumuz fevral ayında olur və növbəti qəbul isə iyul ayında həyata keçirilir.
Xaricdə bakalaviatura və magistratura təhsili üzrə isə semestr başlamazdan ən azı 6 ay ərzində qəbulu açıq elan edirik. Yaxın günlərdə bakalavr və magistr təhsil səviyyəsi üzrə qəbulu açıq elan edəcəyik”.