Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir.
Müraciətçilər //portal.edu.az/-a daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Bu zaman qeyd olunan sənədlərdən bəzilərini yükləmək məcburi olsa da, bəzi sənədlər mütləq tələb olunmur.
AzEdu.az qeydiyyat zamanı tələb ola biləcək sənədlərlə bağlı məlumatları təqdim edir:
Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi: Məcburi sənəddir. Tələbə diplomu əldə etməyibsə, mütləq təhsil aldığı müəssisədən arayış alaraq portal.edu.az -a daxil etməlidir.
Bakalavr pilləsini bitirməsi haqda arayış: Məcburi sənəddir. 1-ci sənədin əvəzinə verilir. Bitirdiyi ali məktəbin dekanlığından əldə olunur.
Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müvafiq müəssisə tərəfindən tələb olunarsa digər sənəd kimi əlavə edilə bilər.
Ağ fonda 3x4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müvafiq müəssisə tərəfindən tələb olunarsa digər sənəd kimi əlavə edilə bilər.
Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Lakin, hər hansısa müəssisə tərəfindən bu sənədlə bağlı tələb olarsa, yalnız o zaman həmin müəssisəyə göndərilə bilər.
Əlavə sənəd: Sənəd əlavə etmək məcburi deyildir, lakin əlavə olaraq göndərmək istədiyiniz (diplom, sağlamlıq haqqında arayış və s.) sənədləriniz varsa, əlavə edə bilərsiniz.
İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd: Məcburi sənəd deyildir. Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir.
İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir.
Qeydiyyat 25 iyul 2022-ci il saat 12.00-da (günorta vaxtı) bitəcəkdir