Azedu.az

Belçikada magistratura üzrə təqaüd proqramına sənəd qəbulu davam edir  

Magistratura

Xaricdə Təhsil

6 Noyabr 2021, 11:54
Belçikada magistratura üzrə təqaüd proqramına sənəd qəbulu davam edir  

Belçikanın “College of Europe” ali təhsil müəssisəsinə 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramına müraciətlər qəbul olunur.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına 2022-ci il yanvarın 19-dək müraciət etmək olar. Proqram Avropa Qonşuluq Siyasəti ölkələrinin vətəndaşları üçün dövlət idarəçiliyi və siyasəti, beynəlxalq münasibətlər və diplomatiya, Avropa iqtisadi tədqiqatları, Avropa hüququ kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqaüdlü təhsil təklif edir.

 

Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox