Azedu.az

Magistraturaya qəbul olunanların qeydiyyatı bu tarixlərdə APARILACAQ  

13 Avqust 2021, 12:00
Magistraturaya qəbul olunanların qeydiyyatı bu tarixlərdə APARILACAQ  

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qəbul olunan şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Qeydiyyat prosesi 2021-ci il avqustun 18-dən 25-dək aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...
Son xəbərlərDaha çox